Yəmən sahillərində faciə yaşanıb | VİDEO

   Yəmən sahillərində faciə yaşanıb    | VİDEO
  04 Avqust 2025    Oxunub:544
Ədən körfəzində qayığın batması nəticəsində ən azı 68 efiopiyalı miqrant Yəmən sahillərində boğulub.
AzVision.az xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatına (IOM) istinad edən “Associated Press Agentliyi (APA)” belə məlumat yayıb.

Faciə Yəmənin Abyan əyalətinin sahillərində baş verib. İOM-un Yəmən ofisinin məlumatına görə, qayıqda 154 miqrant olub. Onlardan 68-nin cəsədi sahilə çıxıb. Daha 74 nəfər itkin düşüb. 12 nəfər xilas edilib.

Afrikalı miqrantlar Səudiyyə Ərəbistanına və iş tapa biləcəkləri digər Körfəz ölkələrinə çatmaq üçün Cibuti və Eritreyadan dəniz yolu ilə Yəmənə çatmağa çalışırlar. İOM-un məlumatına əsasən, 2024-cü ildə 60 mindən çox insan bu yola əl atıblar.

Keçən il təşkilat Qırmızı dənizdə ən azı 558 ölüm faktını qeydə alıb ki, onlardan 462-si qayıq qəzaları nəticəsində baş verib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Yəmən   miqrantlar   qayıq  



Xəbər lenti